Ötən həftə 768,4 hektar ərazi minadan təmizlənib

09.12.2024

Icma.az, Ayna saytına istinadən bildirir.

Piyada əleyhinə 57, tank əleyhinə 29 mina, 461 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

ANAMA-dan AYNA-ya bildirilib ki, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində ötən həftə ərzində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 57, tank əleyhinə 29 mina, 461 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Ümumilikdə ötən həftə ərzində 768,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью