Ötən həftə aşkarlanan minaların SAYI

25.11.2024

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (18.11.2024 -24.11.2024) açıqlanıb.

ANAMA-dan Modern.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 203 piyada əleyhinə mina, 10 tank əleyhinə mina, 862 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1457,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью