Ötən həftə aşkarlanan minaların SAYI

25.11.2024

Icma.az, Sia Az saytına istinadən bildirir.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (18.11.2024 -24.11.2024) açıqlanıb. ANAMA-dan SİA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 203 piyada əleyhinə mina, 10 tank əleyhinə mina, 862 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1457,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью