Ötən həftə azad olunan ərazilərdə 177 mina zərərsizləşdirilib

27.01.2025

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azad olunan ərazilərdə yanvarın 20-26-da 69 tank əleyhinə mina, 108 piyada əleyhinə mina, 208 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 705.6 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью