Ötən həftə azad olunan ərazilərdə 86 mina zərərsizləşdirilib

09.12.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Azad olunan ərazilərdə dekabrın 2-dən 8-dək 29 tank əleyhinə mina, 57 piyada əleyhinə mina, 461 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 768,4 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью