Ötən həftə azad olunan torpaqlarda 768,4 hektar ərazi minalardan təmizlənib | Icma.az
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azad olunan ərazilərdə dekabrın 2-dən 8-dək 29 tank əleyhinə mina, 57 piyada əleyhinə mina, 461 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, həftə ərzində 768,4 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Weekly information about operations carried out by institutions involved in #demining activities in the liberated territories (02.12.2024 - 08.12.2024)#ANAMA #Minatəmizləmə #MineAwareness #MineAction #LandmineSafety #Azerbaijan pic.twitter.com/l7vNB6jUDy— ANAMA (@ANAMA_gov_az) December 9, 2024 Bizim WhatsApp kanalımıza abunə olun Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu