Ötən həftə ərzində 560 yanğına çıxış olub

13.07.2026

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

12 nəfərin meyiti təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 560 yanğına çıxış, 49 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən AYNA.AZ-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 58 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 5 nəfər xəsarət alıb, 12 nəfərin meyiti təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью