Ötən həftə Liviya sahillərində 493 miqrant xilas edilib AZƏRTAC

14.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 14 yanvar, AZƏRTAC

Son bir həftə ərzində Liviya sahillərində 493 miqrant xilas edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilir ki, xilasetmə əməliyyatları zamanı üç miqrantın cəsədi çıxarılıb.

Qeyd edək ki, 2024-cü ildə 21 min 762 miqrant xilas edilərək Liviyaya qaytarılıb. Ümumilikdə Mərkəzi Aralıq dənizi yolunda 674 nəfər ölüb,1015 nəfər itkin düşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью