Ötən həftə Liviya sahillərində 499 miqrant xilas edilib AZƏRTAC

17.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 dekabr, AZƏRTAC

Ötən həftə Liviya sahillərində 499 miqrant xilas edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı BMT-nin Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, xilas edilən miqrantlar Liviyaya qaytarılıb, daha 29 nəfər isə itkin düşüb.

Qeyd edək ki, bu il indiyədək ümumilikdə 21 min 343 miqrant xilas edilib və Liviyaya geri qaytarılıb. Bu da ötən illə müqayisədə 4 mindən çox artım deməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью