Ötən həftə maşın vuran piyada xəstəxanada ölüb

30.01.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Mingəçevir şəhərində ötən həftə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan piyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, yanvarın 23-də Mingəçevir şəhərində "VAZ" markalı avtomobil 2010-cu il təvəllüdlü Amil Rzayevi vurub.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq o, yanvarın 30-da müalicə aldığı Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью