Ötən həftə nə qədər ərazi minadan təmizlənib? Rəsmi

09.12.2024

Anews portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrrın 2-8-dək azad olunan ərazilərdən 29 tank əleyhinə mina, 57 piyada əleyhinə mina, 461 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatında deyilir.
Məlumata əsasən,768,4  hektar ərazi minalardan təmizlənib.
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
2020-ci il Vətən Müharibəsindən sonra 369 nəfər mina qurbanı olub. 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 

Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Gülnar 


www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью