Ötən həftə yaşadığımız hadisə böyük çılğınlıq idi İtalyano

12.09.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

“Beşiktaş”ın baş məşqçisi Vincenzo Italiano “Erzurumspor”u 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Beşiktaş" klubunun rəsmi saytı yayıb.

İtaliyalı mütəxəssis qarşılaşmanın asan keçmədiyini bildirib:

“Söyləyəcək çox şey yoxdur. Çox təhlükəli oyun idi. Derbidən sonra həmin motivasiyanı və istəyi qorumaq asan olmur. Ötən həftə yaşadığımız hadisə böyük çılğınlıq idi. Oyuna yaxşı başladıq və özümüzü göstərdik. İkinci hissədə oyun daha sakit keçdi. Əsas olan qələbə qazanmaqdır. Belə davam etməliyik. Bu gün yaxşı iş gördük. İndi sırada Avropa var. Avropa üçün çox istəkliyik. Bundan əvvəl iki oyun uduzduq. Həmin məğlubiyyətlərdən çox şey öyrəndik və necə reaksiya verməli olduğumuzu gördük. Bu dərsləri çıxardığımız üçün xoşbəxtəm. Hazırda liqada olduğumuz mövqedən də çox razıyam".

Əlisahib İbrahimli

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью