Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda satılan mənzillərin 85%-ə yaxını 200 min manatdan ucuzdur
Marja.az “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir ki, Azərbaycanda təkrar mənzil bazarında alıcıların böyük hissəsi 200 min manatdan aşağı qiymət seqmentində alış edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2025-ci ildə 18 378 mənzil 100 min manatdan aşağı qiymətə satılıb. Bu, ümumi satışların 44,2%-nə bərabərdir.
Daha 16 891 mənzil 100-200 min manat intervalında alınıb. Beləliklə, bütün mənzil satışlarının 84,8%-i 200 min manatdan aşağı qiymətə həyata keçirilib.
1 milyon manatdan baha satılan mənzillərin sayı isə cəmi 42 olub və onların hamısı Bakıda yerləşib. 500 min-1 milyon manat aralığında satılmış 373 mənzilin də hamısı paytaxtın payına düşüb.