Ötən il 27 minə yaxın ekspert rəyi hazırlanıb

11.02.2026

Icma.az, Unikal.az saytına istinadən bildirir.

2025-ci il ərzində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 növ və 41 ekspert ixtisası üzrə ekspertlər tərəfindən 26.890 iş barədə ekspert rəyi və arayış verilib.

Nazirlikdən "Unikal"a verilən məlumata görə, verilmiş rəy və arayışların daxil olmuş işlərə nisbəti 2024-cü il ilə müqayisədə 6.6 faiz artıb.

Hesabat dövründə ekspertlər tərəfindən 2.216.778 obyekt üzərində tədqiqat aparılıb, məhkəmələr və hüquq-mühafizə orqanları tərəfindən qərar və qərardadlarda qoyulmuş 78.808 sual cavablandırılıb. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью