Ötən il Anglo Asian Mining Azərbaycanda qızıl hasilatını artırıb

15.01.2026

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti "Gədəbəy" müqavilə ərazisi üzrə 2025-ci il üçün hasilat nəticələrini açıqlayıb.

Banco.az şirkətə istinadən xəbər verir ki, şirkət ötən il 25 061 unsiya qızıl istehsal edib. Bu da illik müqayisədə 66,3% çoxdur. Belə ki, bu göstərici 2024-ci ildə 15 073 unsiya təşkil edib.

Əlavə edək ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) müqaviləsi çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına "Gədəbəy" yatağında 2009-cu ildə başlanılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью