Ötən il audiovizual proqramlarla əlaqəli 4 şikayət barədə hüquqi tədbir görülüb

14.02.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən il Audiovizual Şuraya audiovizual proqramlarla əlaqəli daxil olan 4 şikayətlə bağlı hüquqi tədbir görülüb.

APA xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, audiovizual proqramlarla əlaqəli il ərzində ümumi 124 şikayət daxil olub, 85 şikayət cavablandırılıb, 4 şikayətlə bağlı hüquqi tədbir görülüb, 5 şikayətlə bağlı isə kanallara xəbərdarlıq edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью