Ötən il Avropaya 13 milyard kubmetr qaz ixrac edilib

07.01.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında 2024-cü il ərzində ölkəmizin Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz ixrac edidiyini bildirib. 

Nazir qeyd edib ki, Azərbaycanın Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlamasından dörd il ötür: “Bu müddətdə TAP-la Avropaya 42,8 milyard kubmetr təbii qaz tədarük olunub”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью