Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 465,7 milyon manat vəsait ayrılıb.
Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, həmin vəsaitin 3781,9 milyon manatı və ya 84,7 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 373,2 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 258,5 milyon manatı və ya 5,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 52,1 milyon manatı və ya 1,2 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin