Ötən il Azərbaycan 178 mln. dollarlıq Gürcüstan məhsulu idxal edib | Icma.az
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən il Azərbaycan Gürcüstandan 178 milyon ABŞ dolları dəyərində yerli məhsul idxal edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Azərbaycan qonşu ölkədə istehsl olunan məhsulların tədarükünü illik müqayisədə 26,1% artırıb.
Hesabat ilində Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 5,3% payla qonşu ölkənin yerli ixrac tərəfdaşlarının ilk onluğunda Rusiya, Çin, Türkiyə, Bolqarıstan və Ermənistandan sonra VI yeri tutub.
Gürcüstandan ötən il ümumilikdə 7,29 milyard ABŞ dolları dəyərində yerli məhsul ixraca yönəldilib ki, bu da illik müqayisədə 11,2% çoxdur.
Qonşu ölkədən ən çox ixrac edilmiş yerli məhsulların ilk onluğu qiymətli metal filizləri və konsentratları, təzə üzüm şərabı, spirtli içkilər, ferroərintilər, qoz-fındıq, təbii, mineral və qazlı sular, şəkər əlavəli sular, mineral gübrələr, qızıl, mis filizləri və konsentratlarından ibarət olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu