Ötən il Azərbaycan 22 ölkəyə neft ixrac edib SİYAHI

22.01.2026

Icma.az bildirir, Banco.az portalına istinadən.

Ötən il Azərbaycandan 22 ölkəyə 23 milyon 381 min 284,82 ton həcmində neft ixrac olunub.

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Rumıniya və Almaniya daxil olub. 2025-ci ildə Azərbaycan İtaliyaya 6 milyard 727 milyon 698,25 min ABŞ dolları dəyərində 13 milyon 111 min 475,6 ton, Çexiyaya 742 milyon 159,1 min ABŞ dolları dəyərində 1 milyon 405 min 59,25 ton, Xorvatiyaya 666 milyon 587 min ABŞ dolları dəyərində 1 milyon 255 min ton xam neft ixrac edib. Rumıniya 598 milyon 454,2 min ABŞ dolları dəyərində 1 milyon 122 min ton və Almaniya 502 milyon 18 min ABŞ dolları məbləğində 956 min 716 ton neft tədarük edilib.

2025-ci ildə Azərbaycan 3 yeni ölkəyə neft ixrac etməyə başlayıb. Belə ki, ötən il ölkəmizdən İsveçrəyə 132 milyon 578,16 min ABŞ dollar dəyərində 260 min 167,23 ton, Danimarkaya 49 milyon 689,27 min ABŞ dolları dəyərində 88 min 157,38 ton və Gürcüstana 1 milyon 586,27 min ABŞ dolları dəyərində 3 min 838,22 ton xam neft göndərilib.

Aşağıdakı cədvəldə Azərbaycanın ötən il neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:

Ölkələr

Miqdar (ton)

2024- cü ilə nisbətən

Statistik dəyər (min ABŞ dolları)

2024-cü ilə nisbətən

1

İtaliya

13 111 475,61

+19,7 %

6 727 698,25

-0,4 %

2

Çexiya

1 405 059,25

-20,6 %

742 159,08

-31,4 %

3

Xorvatiya

1 255 021,16

-12,6 %

666 587,01

-23,7 %

4

Rumıniya

1 122 055,58

+49,5 %

598 454,15

+36,7 %

5

Almaniya

956 716,48

-18 %

502 018,65

-31 %

6

Portuqaliya

803 374,35

-20,1 %

430 730,82

-31,8 %

7

Yunanıstan

702 354,87

+1,9 dəfə

367 729,04

+1,6 dəfə

8

Böyük Britaniya

648 255,19

-1,7 %

336 954,56

-15 %

9

İrlandiya

577 056,93

+2,4 dəfə

289 696,23

+2,1 dəfə

10

Tunis

432 028,56

-3,2 %

227 895,52

-18,5 %

11

Niderland

360 687,86

+2,1 dəfə

182 857,88

+1,7 dəfə

12

Hindistan

334 961,01

-71,3 %

167 308,58

-77,1 %

13

Fransa

281 055,52

+1,8 dəfə

143 049,38

+1,6 dəfə

14

İsveçrə

260 167,23

-*

132 578,16

-*

15

Türkiyə

242 598,6

-43,6 %

117 961,13

-49,2 %

16

İndoneziya

228 989,41

-26,3 %

111 456,97

-37,5 %

17

Bolqarıstan

169 525,7

+2,1 dəfə

92 288,51

+2 dəfə

18

Avstriya

177 544,3

+2 dəfə

87 951,93

+1,8 dəfə

19

Tailand

137 785,75

-63,4 %

75 910,84

-67,6 %

20

Danimarka

88 157,38

-*

49 689,27

-*

21

İspaniya

82 575,87

-67 %

38 585,23

-73 %

22

Gürcüstan

3 838,22

-*

1 586,27

-*

 

Cəmi

23 381 284,82

-0,9 %

12 091 147,47

-16,2 %

-* 2024-cü ildə tədarük olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью