Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.
O bildirib ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın İsrailə qeyri-neft ixracı 27 faiz artaraq 2024-cü ilin eyni dövründəki 16 milyon dollardan təxminən 20,3 milyon dollaradək artıb.
"İnvestisiyalara gəldikdə, qarşılıqlı investisiyaların dəyəri təxminən 600 milyon dollarıdır. Dünən İsraildə infrastruktur layihələri üzrə əməkdaşlıq imkanlarının araşdırılması və bu istiqamətdə Azərbaycan şirkətlərinin iştirakını təşviq etmək məqsədilə biznes missiyanın təşkili məsələsini müzakirə etdik. Missiya, eyni zamanda, qarşılıqlı ticarət əməliyyatlarının artırılmasını nəzərdə tutur",-deyə Yusif Abdullayev əlavə edib.(azərtac)