Ötən il Azərbaycan meyvə ixracını artırıb

07.02.2025

Anews saytına istinadən Icma.az xəbər verir.

2024-cü ilin yanvarında ölkə üzrə 43 min 261,3 ton meyvə ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 % çoxdur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Cari ilin yanvarında meyvə ixracından 44 milyon 710,1 min ABŞ dolları gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 22,8 % çoxdur.

2024-cü ildə Azərbaycandan 707,8 milyon dollar dəyərində 686,2 min ton meyvə və tərəvəz ixrac edilib ki, bu da 2023-cü illə müqayisədə meyvə-tərəvəzin ixracın dəyəri 18,1 milyon dollar (2,5%), ixracın həcmi isə 35,8 min ton (5%) azalıb. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. 
Ötən il Azərbaycana 281,8 milyon dollar dəyərində 375 min ton meyvə-tərəvəz idxal edilib ki, 2023-cü illə müqayisədə meyvə-tərəvəz idxalının dəyəri 51,9 milyon dollar (22,6 faiz), həcmi isə 22,2 min ton artıb 96,3%).
Hesabat dövründə meyvə-tərəvəzin ümumi idxalda xüsusi çəkisi 1,34 faiz təşkil edib.
Belə ki, 2024-cü il ərzində meyvə-tərəvəz ixracı idxalı dəyər ifadəsində 2,5 dəfədən çox, həcmcə isə 1,8 dəfədən çox üstələyib.
Aytac Zeynalova


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью