Ötən il Azərbaycana 1.3 mln. tona yaxın buğda idxal edilib

22.01.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024-cü il ərzində Azərbaycana 279 milyon 681 min ABŞ dolları dəyərində 1 milyon 292 min 26 ton buğda idxal edilib.

“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə həcm baxımından 9.9% və ya 116 min 685 ton artıb, məbləğ baxımından isə 8% və ya 24.3 milyon dollar azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1.76%-nə bərabər olub.

Qeyd edək ki, ötən il ölkəyə Rusiya və Qazaxıstandan idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16.4% azalaraq 368 manat təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью