Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ildə Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min və yaxud 2024-cü illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 23,9 faizi Rusiya, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,7 faizi İsrail, 2,5 faizi Çin, 2,4 faizi Özbəkistan, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər biri 1,0 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub, 67,0 faizini kişilər, 33,0 faizini qadınlar təşkil edib.
İl ərzində İsraildən gələnlərin sayı 2,4 dəfə, Tacikistandan - 1,6 dəfə, İordaniyadan - 49,9 faiz, Çindən - 41,7 faiz, Özbəkistandan - 34,3 faiz, Qırğızıstandan - 33,7 faiz, Niderlanddan - 27,5 faiz, Yaponiyadan - 25,8 faiz, Qazaxıstandan - 20,1 faiz, İtaliyadan - 13,7 faiz, Pakistandan - 12,5 faiz, Almaniyadan - 11,1 faiz artıb.
O cümlədən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 faiz artaraq 120,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,4 faiz azalaraq 414,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 865,7 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 2,0 faiz artaraq 1169,6 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.