Ötən il Azərbaycana xaricdən 276 milyon dollarlıq buğda idxal edilib

02.02.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ildə 275 milyon 626 min ABŞ dolları dəyərində 1 milyon 267 min 322 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 1,4%, miqdarı isə 1,2% azalıb.

2024-cü ildə idxal edilən buğdanın dəyəri 279 milyon 681 min dollar, miqdarı isə 1 milyon 292 min 26 ton olub.

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 217,5 dollar olub ki, bu da 2024-cü illə (216,5 dollar) müqayisədə 0,5% və ya 1 dollar çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью