Ötən il Azərbaycanda 214 kriminal qrup zərərsizləşdirilib

23.01.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda 2025-ci ildə 214 kriminal qrup zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilə dair keçirilmiş kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, sözügedən dövrdə ağır və xüsusilə ağır cinayətlər törətmiş 1 033 nəfər tutulub.

Qrup halında baş verən cinayətlərin 8,9 faizi odlu silahın tətbiqi ilə törədilənlər, 44,1-i ailə münaqişəsi zəminli cinayətlər 3,1-i əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 17,5 faiz azalıb.

Eyni zamanda, ümumi cinayətlər 6,2, ağır və xüsusilə ağır cinayətlər 8,6, qeyri-aşkar şəraitdə baş verənlər 10,5, qəsdən adam öldürmələr 8,8, qəsdən sağlamlığa ağır zərər vurmalar 4,7, mülkiyyət əleyhinə olanlar 6,7, onlardan informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər 16,9, habelə yol-nəqliyyat hadisələri 12,3, qəzalarda ölənlərin sayı 9,8, xəsarət alanların sayı 13,6 faiz azalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью