Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2025-ci ildə Azərbaycanda 25 mindən çox şəxsə əlillik təyin edilib, 140 mindən çox şəxsə reabilitasiya xidməti göstərilib.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədri Ramin Rzayev ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2025-ci ildə əlillik təyin olunan 54,5 min şəxsin 29,2 min nəfəri təkrar əlillik alanlardır.
"2024-cü ildə təyinat az, göndəriş çox idi. 2025-ci ildə isə 70 mindən çox göndəriş daxil olub, aparılan qiymətləndirilmələrlə müvafiq qərar verilib".
R.Rzayev həmçinin bildirib ki, son üç ildə daxil olan göndərişlərin 55-56 %-ni bədxassəli şişlər, sinir sistemi xəstəlikləri, psixiatriya xəstəlikləri üzrə olub.
Eyni zamanda sədr son bir ildə qurumun müəssisələrində əlilliyi olan 142 min şəxsə reabilitasiya xidmətləri göstərildiyini söyləyib:
"Onlardan 78,6 min nəfəri ambulator, 33,2 min nəfəri isə stasionar və icma əsaslı reabilitasiya xidmətlərilə təmin edilib. Bu kateqoriyadan olan 13,7 min şəxsə 212 min reabilitasiya vasitəsi verilib. 2024-cü ilə nisbətən 2025-ci ildə reabilitasiya xidməti göstərilənlərin sayı 15 %, reabilitasiya vasitələri ilə təmin edilənlərin sayı 12,5 %, təqdim edilən reabilitasiya vasitələrinin sayı 2,2 dəfə artıb".