Ötən il Azərbaycanda 3,6 mln. video “TikTok”dan silinib

13.07.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Azərbaycanda bu ilin ilk yarısında “TikTok”da qaydaları pozduğu müəyyən edilən 600 mindən çox video platformadan silinib”.

Gununsesi.info xəbər verir ki, bunu “TikTok”un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Diana Ryan IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda platforma qaydalarının pozulmasına görə ümumilikdə 3,6 milyon video “TikTok”dan silinib.

Ryan bildirib ki, platformada məzmunun moderasiyasında süni intellektdən geniş istifadə olunur.

“Hazırda moderasiya edilən məzmunun 60 faizdən çoxu süni intellekt texnologiyalarının köməyi ilə aşkarlanır və qiymətləndirilir”, – o qeyd edib. (APA)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью