Ötən il Azərbaycanda 43 mindən çox şəxsi heyvan dişləyib AzPolitika onlayn siyasiictimai qəzet

10.01.2025

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən il 43011 nəfər heyvan dişləməsinə məruz qalıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə 2024-cü il ərzində heyvan dişləməsinə məruz qalanların sayı 957 nəfər azalaraq 43011 nəfər olub, bunlardan 23 545 məlum, 19 466 naməlum heyvan tərəfindən qeydə alınan dişləmə hadisələridir.

“Bakı şəhəri üzrə 2024-cü ilin müvafiq dövründə 10515 hadisə olub”, - qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью