Ötən il Azərbaycanda 481 körpə ölü doğulub

25.08.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ötən il Azərbaycanda 481 körpə ölü doğulub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bu barədə "Azərbaycanda uşaqlar" adlı statistik məcmuədə bildirilib.

Bundan başqa 522 körpə 7 günədək ömür sürüb. Perinatal ölümün əmsalı isə hər 1 000 nəfər diri və ölü doğulana 10,4 nəfər olub.

Həmçinin ölkədə ötən il üzrə 1312 bir yaşadək körpə ölümü baş verib. Beş yaşadək ölən uşaqların sayı isə 1634 olub.

Bundan başqa, 2025-ci ildə 26 ana ölümü qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью