Ötən il Azərbaycanda 58 kişi zorakılığa məruz qalıb

21.05.2025

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstək xidmətinə gender əsaslı zorakılıqla bağlı 330 müraciət olunub.

Tribunainfo.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Belə ki, müraciət edənlərdən 58 nəfəri kişi, 272 nəfəri isə qadın olub.

Ümumilikdə isə dəstək xidmətinə 1 623 müraciət olub ki, bunlar da altı istiqaməti əhatə edib. Ən çox müraciət boşanma prosesindəki problemlərlə bağlı olub: Məişət zorakılığı – 304 (19%), Boşanma prosesindəki problemlər – 472 (29%), Sosial-maddi rifahın aşağı olması – 267 (16%), Səhiyyə hüququnun təmin edilməsi – 42 (3%), Hüquqi yardıma ehtiyac – 495 (30%), Sığınacaqla təmin olunma – 43 (3%).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью