Ötən il Azərbaycanda 8 mindən çox şəxs AXTARIŞA VERİLİB

05.11.2024

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

2023-cü ildə axtarışda olan şəxslərin sayı 8,106 nəfər olub. Onlardan 71-i 14-17 yaşında olan uşaqlardır.
Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, axtarışda olan şəxslərin 29-u cəzaçəkmə müəssisələrindən qaçanlardır.
Törədilmiş cinayətlər üzrə axtarışda olan şəxslərin 72-si qəsdən adam öldürmə, 1122-si oğurluq, 2311-i dələduzluqla ittiham olunurlar.
Qeyd edək ki, 2023-cü ildə itkin düşmüş şəxslərin sayı 997 nəfərdir, onların 129-u 18 yaşadək olan uşaqlardır.
Nuray, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью