Ötən il Azərbaycanda BOKT lar 111 mln. manatdan çox xalis mənfəət əldə ediblər

28.01.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ildə Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 111.5 milyon manat xalis mənfəət, 232.8 milyon manat məbləğində isə əməliyyat mənfəəti əldə ediblər.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, illik müqayisədə BOKT-ların xalis mənfəəti 29%, əməliyyat mənfəəti isə 11.2% azalıb.

Hesabat dövründə sözügedən kredit təşkilatlarının xalis faiz gəliri 176.7 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 15.6% azdır.

Qeyd edək ki, 2025-ci ildə BOKT-ların aktivləri əvvəlki illə müqayisədə 25.2% artaraq 1 milyard 243.6 milyon manat, öhdəlikləri isə 26.5% artaraq 679.3 milyon manat təşkil edib.

2025-ci yanvar ayının 1-nə BOKT-ların cəmi kapitalı 564.3 milyon manat olub ki, bu da illik müqayisədə 23.6% çoxdur.

Xatırladaq ki, 2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanda 54 BOKT fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью