Ötən il Azərbaycanda daha çox çörək istehsal olunub STATİSTİKA

10.02.2025

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə Azərbaycanda əmtəəlik çörək istehsalında kiçik artım qeydə alınıb. 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ildə əmtəəlik çörək istehsalı 787 578 ton olduğu halda ötən il 793 109 ton olub. Bir ildə çörək istehsalında 5 531 ton və ya 0,7 faiz artım olub. 

Ümumi çörək istehsalı isə daha çoxdur. 2023-cü ildə 1 milyon 196 min ton çörək istehsal edildiyi halda 2024-cü ildə istehsalın miqdarı 1,197 min tona yüksəlib. 

Vasif 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью