Ötən il Azərbaycanda hotellərdə gecələyənlərin sayında azalma olub

15.01.2025

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

2023-cü illə müqayisədə Azərbaycanda hotellərdə gecələyənlərin sayında azalma müşahidə olub.

Teleqraf.com-un Dövlət Turizm Agentliyinə istinadən xəbərinə görə, ötən il Azərbaycanda hotellərdə gecələyənlərin sayı 1 milyon 808 min 373 olub. Bu isə daha öncəki illə müqayisədə 7.02% azdır.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda hotellərdə gecələyənlərin sayı 1 milyon 945 min 59 olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью