Ötən il Azərbaycanda istehsalatda 610 bədbəxt hadisə baş verib | Icma.az
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Ötən il Azərbaycanda istehsalatda 610 bədbəxt hadisə baş verib.
525.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, bu səbəbdən 75 nəfər vəfat edib, 588 nəfər xəsarət alıb: "Bu hadisələrin ən çoxu emal və tikinti, kənd təsərrüfatı sahələrində baş verib.
İstehsalatda baş verən bədbəxt hadisələrin azaldılması qurumun prioriteti olaraq qalır.
Bu məqsədlə əməyin mühafizəsi sahəsində profilaktik tədbirlərin gücləndirilməsi və" Vision Zero" (Sıfır Gözlənti) yanaşmasına əsaslanan təhlükəsiz əmək mədəniyyətinin təşviqi davam etdiriləcək".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu