Ötən il Azərbaycanda KASKO sığortası bazarı 20% dən çox böyüyüb

07.02.2025

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2024-cü ilin yanvar-dekabr aylarında 66 milyon 32 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 milyon 161 min manat və ya 20,3% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 2 milyon 864 min manat və ya 14% artaraq 23 milyon 296 min manata çatıb. 2023-cü ilin yanvar-dekabr aylarında bu növ üzrə yığımların məbləği 54 milyon 871 min manat, ödənişlərin məbləği isə 20 milyon 432 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью