Ötən il Azərbaycanda mobil operatorların əldə etdiyi gəlirlər 1,2 milyard manatı ötüb AZƏRTAC

17.01.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 17 yanvar, AZƏRTAC

Ötən ilin 12 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 3 milyard 601,7 milyon manatlıq xidmət göstərilib.

AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, göstərilən xidmətlərin 71,2 faizi əhali sektoruna aid olub.

2024-cü ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artıb. Bu sahədə əldə edilmiş gəlirin 84,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 34,3 faizi və ya 1,235 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью