Ötən il Azərbaycanda qız qaçırmağa görə 32 şəxs məsuliyyətə cəlb edilib

23.01.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Ölkə.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb. Həmçinin 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью