Ötən il Azərbaycanda toyuqlar daha az yumurtlayıblar

29.01.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayında azalma qeydə alınsa da, heyvandarlıq məhsullarının istehsalında ümumilikdə artım qeydə alınıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 435 min 536 baş təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 1,2 faiz azdır.
İribuynuzlu mal-qaranın 1 milyon 207 min 80 başı inək və camışların payına düşüb. Onların sayı əvvəlki illə müqayisədə 1,4 faiz azalıb. Qoyun və keçilərin sayı 6 milyon 757 min 843 baş olub ki, bu da 2024-cü illə müqayisədə 2 faiz azalma deməkdir. Donuzların sayı isə 2 min 890 baş təşkil edib və bir il ərzində 6,9 faiz aşağı düşüb.
Heyvandarlıq məhsullarının istehsalına gəldikdə, 2025-ci ildə diri çəkidə ət istehsalı 659 min 219 ton olub və bu göstərici ötən illə müqayisədə dəyişməyib. Süd istehsalı 2 milyon 305 min 867 ton təşkil edib ki, bu da 0,3 faiz artım deməkdir. Yumurta istehsalı 2 milyard 342 milyon 940 min ədədə çataraq 1,8 faiz artıb. Yun istehsalı isə 14 min 619 ton olub və əvvəlki ilə nisbətən 1,3 faiz azalıb.
Kənd təsərrüfatı müəssisələri üzrə quşların sayı da artım göstərib. Belə ki, 2025-ci ildə quşların sayı 12 milyon 702 min 471 baş olub ki, bu da 2024-cü illə müqayisədə 1,7 faiz çoxdur.
Quşçuluq müəssisələrində kəsilmək üçün diri çəkidə 85 min 146 ton quş satılıb və bu, əvvəlki ilə nisbətən 3,5 faiz artım deməkdir. Həmin müəssisələrdə 1 milyard 193 milyon 320 min ədəd toyuq yumurtası istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 3,9 faiz çoxdur.
Hər yumurtlayan toyuqdan orta hesabla 246 ədəd yumurta alınıb ki, bu göstərici ötən illə müqayisədə 0,8 faiz azalıb. Ümumilikdə, quşların sayı 12 milyon 580 min 165 baş olub və onlardan 4 milyon 655 min 737-si yumurtlayan toyuqlardır. Yumurtlayan toyuqların sayı isə son bir ildə 0,8 faiz azalıb.
Fəridə Əsədzadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью