Ötən il Azərbaycandan Almaniyaya pul köçürmələri artıb

03.04.2026

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ildə Almaniyaya 24 milyon 413 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü illə müqayisədə 1 milyon 154 min dollar və ya 5% çoxdur. 2024-cü ildə bu məbləğ 23 milyon 259 min dollara bərabər olub. 

Qeyd edək ki, ötən il Azərbaycandan Almaniyaya fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 4,8% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью