Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci ildə Azərbaycan 12,1 milyard ABŞ dollarından çox dəyərdə təxminən 23,4 milyon ton xam neft və neft məhsulları ixrac edib.Bu haqda Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 2,3 milyard dollar (16,2 faiz) azalıb, həcm baxımından isə 215 min ton (0,9 faiz) artıb.
Yanvar-noyabr ayları üzrə ən çox Azərbaycan neftini idxal edən ölkələrin ilk üçlüyündə birinci yerdə İtaliya (13,1 milyon ton, 6,7 milyard dollar) yer alır, ardınca Çexiya (1,4 milyon ton, 742,2 milyon dollar) və Xorvatiya (1,3 milyon ton, 666,6 milyon dollardan çox) gəlir.
Aşağıdakı cədvəldə 2025-ci ildə Azərbaycandan ən çox xam neft və neft məhsulları idxal edən ölkələrin ilk onluğu göstərilib.Qeyd edək ki, Azərbaycandan neft qonşu ölkələrə və dünya bazarlarına üç boru kəməri vasitəsilə nəql olunur: Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC).
Hazırda Bakı–Supsa boru kəməri ilə nəql prosesi dayandırılıb. Bizim.Media Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.