Ötən il Azərbaycandan nə qədər meyvə və tərəvəz ixrac edilib?

27.01.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən il Azərbaycandan 900 milyon 973,95 min ABŞ dolları dəyərində 845 min 559,93 ton meyvə və tərəvəz ixrac edilib.

"Ölkə.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə ixrac edilən məhsulun dəyəri 27,3 %, həcmi isə 23,2 % artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 27,64 % təşkil edir.

2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin göstəricisinə nisbətən 3,8 % çoxdur. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. 2025-ci ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью