Ötən il Azərbaycanın kərə yağı ixracı kəskin artıb

03.02.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü il ərzində Azərbaycandan 78.4 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edilib.

APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, illik müqayisədə bu məhsulun ixracı 11.2 dəfə artıb. Belə ki, 2023-cü ildə ölkədən 7 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edilmişdi.

Bu dövrdə Rusiyaya ixrac edilən bu məhsulun orta qiyməti 11.1 manat təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycanda 29 min 64.2 ton kərə yağı istehsal edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью