Ötən il Cinayət kollegiyasının icraatında olmuş 3 min 688 işdən 70,8 faizinə mahiyyəti üzrə baxılıb

24.01.2025

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3 min 688 işdən 70,8 faizinə mahiyyəti üzrə baxılıb.

"Report" xəbər verir ki, bu barədə Ali Məhkəmənin Plenumunun ötən ilin nəticələrinə həsr edilən iclasında bildirilib.

Qeyd edilib ki, baxılmış 2 min 611 işdən 84,2 faizində iş üzrə qərar dəyişdirilmədən saxlanılıb, 6,9 faiz iş üzrə qərar ləğv edilib, 8,9% iş üzrə qərar isə dəyişdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью