Ötən il daimi yaşamaq üçün Azərbaycana 3016 nəfər gəlib

17.02.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumlarına daimi yaşamaq üçün Azərbaycana gələn 3016 nəfər tərəfindən müraciət daxil olub.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycandan isə 2298 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 718 nəfər təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью