Ötən il doğulanların çoxu oğlan uşaqları olub

17.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyini rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 94 min 246 doğulan körpə qeydə alınıb. 
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 
Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,1-ə düşüb. 
Doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub. Körpələrdən 3 min 90-ı əkiz, 117-si üçəm və 4-ü isə dördəm doğulub. 
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью