Ötən il dövlət istiqrazları üzrə ödənişlərin məbləği açıqlanıb

04.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 fevral, AZƏRTAC

Ötən il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 607 milyon manat vəsait istifadə edilib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təkrar maliyyələşdirmə risklərinin azaldılması, dövlət istiqrazları üzrə orta ödəmə müddətinin uzadılması məqsədilə ötən il ərzində həyata keçirilən tədbirlər nəticəsində dövriyyə müddəti 3 ilədək olan dövlət istiqrazları vaxtından əvvəl geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz edilib. Eyni zamanda, həyata keçirilən tədbirlər nəticəsində dövlət istiqrazları üzrə faiz xərclərinin azaldılması təmin edilib.

Qeyd olunan tədbirlər çərçivəsində dövlət istiqrazlarının təkrar maliyyələşdirilmə əməliyyatları və Təminat Fondunun vəsaiti hesabına 2025-ci il ərzində investorlara ümumilikdə 5 milyard 76,6 milyon manat ödənilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью