Ötən il DSMF 27 beynəlxalq mükafat və sertifikata layiq görülüb

26.01.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) ötən il ərzində 51 ölkənin pensiya və sosial sığorta qurumları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ümumilikdə 103 ikitərəfli və çoxtərəfli görüş keçirib.

Bu barədə 525.az-a fondun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DSMF nümayəndələrinin iştirak etdiyi 75 beynəlxalq forum, konfrans, seminar və digər tədbirlərdə Azərbaycanın pensiya və sosial sığorta sistemi təqdim edilib, ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar və tətbiq olunan müasir yanaşmalar beynəlxalq platformalarda təşviq olunub.

Ötən il DSMF 27 beynəlxalq mükafat və mükəmməllik sertifikatı ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью