Icma.az, Bizim media saytına istinadən bildirir.
Ötən il əlilliyin təyinatı ilə bağlı 70 mindən çox göndəriş daxil olub. 2025-ci ildə Agentlik tərəfindən 54,5 min şəxsə əlillik təyin edilib.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.
Sədr bildirib ki, sözügedən şəxslərdən 25,3 min nəfərə ilkin, 29,2 min nəfərə isə təkrar əlillik təyin olunub.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media